İmişli rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
7News.az bildirir ki, hadisə bu gün saat 10.30-da Hacıqabul-Bəhrəmtəpə magistralının 70-ci kilometrliyində, İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində qeydə alınıb. "Shacman" markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində idarəetməni itirən sürücü avtomobili qarşıda hərəkətdə olan "Hyundai" markalı sərnişin avtobusuna çırpıb. Nəticədə 5 nəfər - avtobusun sərnişinləri və yük avtomobilinin sürücüsü - müxtəlif xəsarətlərlə Saatlı və İmişli rayon xəstəxanalarına yerləşdirilib. Onlardan üçünün ağır xəsarətlər aldığı qeyd edilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır./apa








