Çinin şimalındakı Daxili Monqolustan Muxtar Rayonunda mədən qəzası baş verib.
7News.az-ın məlumatına görə, hadisə nəticəsində 17-dən çox fəhlənin öldüyü deyilir. Faciə zamanı mədəndə 136 nəfərin olduğu bildirilir. Sağ qalan fəhlələrin xilas edilməsi üçün bölgəyə xilasedicilər cəlb olunub.
Qeyd edək ki, 4 gün əvvəl Sitayxe şəhərində baş verən oxşar qəza zamanı 21 nəfər həlak olub.
7News.az








