RU
Növbəti qətliam - Uşaq xəstəxanası bombalandı...
11:57
412

Növbəti qətliam - Uşaq xəstəxanası bombalandı...

Suriyanın Hələb şəhərində növbəti qətliam yaşanıb.

Şəhərin şərqinə, silahlı müxalifətin nəzarətindəki ərazidə yerləşən uşaq xəstəxanasına endirilən aviazərbələr nəticəsində aralarında 5-i uşaq olmaqla 20 dinc sakin həyatını itirib. Məlumatı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı yayıb.

Bəzi mənbələr ölü sayının daha artıq olduğunu bildirir. Məsələn, Rusiya tərəfi bombardmanlarda 61 suriyalının həlak olduğunu, 131 nəfərin isə yaralandığını iddia edib. Həmçinin bildirilib ki, aviazərbələr uşaq xəstəxanası ilə yanaşı qiyamçılara qarşı mitinqlər keçirən sakinləri də hədəf alıb.

Bombardmanların Rusiya tərəfindən həyata keçirilmədiyini də qeyd edən baş qərargah elan edilən atəşkəsə sadiq qaldığını bəyan edib. Moskva admiral Kuznetsov təəyarə daşıyan laynerdən qalxan qırıcıların İdlibə zərbələr endirdiyini bildirib. Məlumat üçün bildirək ki, Rusiya Hələbdə 2 həftəlik atəşkəs rejimi elan edib. 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ