Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinin aeroportunda qadın jurnalist təcavüzə uğradığını bildirib.
CNN kanalının müxbiri Angelina Rye bildirib ki, aeroportun təhlükəsizlik xidmətinin əməkdaşı onun üstünü yoxlayarkən nalayiq hərəkətlərə yol verib. Təhlükəsizlik əməkdaşı əlləri ilə onun cinsi orqanına toxunub.
Bu hadisədən sonra qadın özünü təhqir edilmiş hiss edib və ağlamağa başlayıb. Hadisədən sonra Angelina aeroport işçisi barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Hadisə ilə əlaqədar araşdırma başlanılıb./olke.az
7news.Az








