Nyu-Yorkda dünən axşam saatlarında terror aktı törətməkdə şübhəli bilinən 29 yaşlı şəxs saxlanılıb.
Saxlanılan şəxs İŞİD adından hərəkət etdiyini açıqlayıb. Məlumatı ABŞ-ın "NBC" kanalı yayıb.
Hüquq mühafizə orqanları bildirir ki, insident nəticəsində 8 nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Hücumu həyata keçirən şəxs bu hücumun İŞİD tərəfindən gerçəkləşdirildiyini kağıza yazaraq maşına qoyub.
Şübhəli şəxs 29 yaşlı Özbəkistan vətəndaşı Seyfullo Saipovdur. O, Nyu-Cersi ştatının Paterson şəhərində yaşayır. Onun arvadı və iki azyaşlı övladı var./olke.az
7news.Az








