7NEWS.az xəbər verir ki, Nyu York Şəhər Şurası, iş, mənzil və ictimai yaşayış yerlərində insanın boyuna və çəkisinə görə ayrı-seçkiliyi qadağan edən qanun layihəsini qəbul etmək üçün səs verdi. Qanun layihəsi səsə qoyulmazdan əvvəl keçirilən ictimai müzakirələrdə söz alanlar restoran və teatrlarda oturmaqda çətinlik çəkdiklərini, ev sahibləri tərəfindən rədd edildiyini, karyeralarında irəliləyə bilmədiklərini vurğulayıblar.
7NEWS.az








