
7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə Nyu-York Şurasının Səhiyyə Komissiyasının sədri Mark Levin "Twitter" hesabında bildirib.

"11 Sentyabr hadisəsinə bənzər vəziyyətdəyik. Xəstəxana morqları, cənazə evləri, qəbiristanlıqlar doludur" deyən Levinin sözlərinə əsasən, adi xəstəxana meyitxanasında ortalama 15 cəsəd saxlanıla bilər. Bütün meyitxanaların artıq dolu olduğu üçün hər xəstəxanaya 100 nəfərlik 80 soyuducu yük maşını göndərilib.

"Manhetten və Bruklindəki soyuducu yük maşınları da tez bir zamanda dolacaq. Bəs sonra? Buna görə "müvəqqəti dəfnlərə" başlayacağıq. Yəqin ki, Nyu-York parkları qəbiristanlıq kimi istifadə ediləcək. Qəbirlər bir məzara 10 tabut qoyulacaq qədər qazılacaq. Bu, müvəqqəti olaraq ediləcək, amma şəhər sakinləri üçün yenə də çətin olacaq", - deyə o vurğulayıb.






7News.Az








