RU
Nyu Yorkda metroya silahlı hücum: 1 ÖLÜ, 5 YARALI
16:00
100

Nyu Yorkda metroya silahlı hücum: 1 ÖLÜ, 5 YARALI


7NEWS.az xəbər verir ki, ABŞ-ın Nyu-York ştatının Bronks şəhərində metroda iki qrup arasında dava düşüb. Metro "Mount Eden Ave” stansiyasına yaxınlaşanda bir nəfər silahını çıxararaq atəş açıb, nəticədə 6 nəfər yaralanıb. Əraziyə polis və tibb qrupları göndərilib. Nyu York Polis Departamentindən (NYPD) Maykl M. Kemper verdiyi açıqlamada 14-71 yaşları arasında olan 6 nəfərin xəstəxanalara aparıldığını, 34 yaşlı bir şəxsin isə xəstəxanada öldüyünü bildirib. Kember hücumun təsadüfi həyata keçirilmədiyini, iki qrup arasında dava çıxdıqdan sonra başladığını, vurulanların bəzilərinin dava tərəflərindən olduğunu, bəzilərinin isə dava ilə heç bir əlaqəsinin olmadığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ