Nyu-Yorkda Hadson çayında yaxtanın limana çırpılması nəticədə 35 nəfər yaralanıb.
Bu barədə WABC telestansiyası məlumat yayıb.
"Hadson çayında yaxtanın limana çırpılması nəticəsində 35 nəfər yaralanıb, onlardan 22 nəfəri xəstəxanaya yerləşdirilib”, – materialda qeyd olunub.
Qeyd olunub ki, hadisə yerli vaxtla şənbə günü gündüz baş verib. Gəmidə azı 400 sərnişin olub.
Olay yerində təcili yardım xidmətlərinin əməkdaşları işləyir, hadisənin təfərrüatları araşdırılır.








