İngiltərə Premyer Liqasını tərk edən daha iki komandanın adı məlum olub.
7News.az-ın məlumatına görə, bunlar “Nyukasl” və “Norviç”dir.
Premyer Liqanın əvvəlki turlarından təxirə salınan oyunlarının nəticəsinə görə, bu komandaların elitanı tərk edəcəyi rəsmiləşib. Öz meydanında “Everton”u 3:0 hesabı ilə məğlub edən “Sanderlend” isə Premyer Liqada qalıb.
Qeyd edək ki, daha əvvəl "Aston Villa"nın yüksək liqanı tərk edəcəyi məlum olub.








