ABŞ-da 23 illik karyerasına son qoyan məşhur xəbər aparıcısı porno ulduz olub.
KBAK, KBTV və WBBH kimi telekanallarda jurnalist və xəbər aparıcısı kimi işləyən Cim Uolker özünü porno filmlərdə sınamaq qərarına gəlib. Ötən ildən porno filmlərə çəkilən 44 yaşlı Uolker, qısa müddət ərzində daha da tanınıb. O, 1 il ərzində homoseksualların həyatından bəhs edən 10-dan çox erotik kinoda çəkilib.
Bu günə kimi ölkənin bir çox diplomatından müsahibə götürmək şansı əldə edən Uolker yeni işindən də çox məmnun olduğunu ifadə edib.








