İngiltərəli qadın 5 yaşında ona təcavüz edən adamı tutdurub.
Hadisə baş verəndən 40 il sonra ona təcavüz edən kişidən şikayətçi olub. Bu səbəbdən, 102 yaşlı təcavüzkar 40 il sonra həbs olunub. İki il həbs cəzasına məhkum olunan Duqlas Hammersli İngiltərə tarixində cinayətə görə həbs olunan ən yaşlı adam olub.
Prokuror Cenni Leskar-Hall, 1970-ci ildə Londonun qərbindəki bir bölgədə uşağa təcavüz edən adamı zərərçəkənin şikayəti əsasında mühakimə etdirməyi bacarıb. Həbs olunan şəxs adı açıqlanmayan qadına 5 və 8 yaşlarında təcavüz etdiyini etiraf edib./metbuat
7news.Az








