Rusiyalı idmançı Valeriy Rozov Himalay dağından tullanmaqla adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Himalay dağ silsiləsində yerləşən Ço Oyu dağına dırmanan idmançı 21 günlük hazırlıqlardan sonra nəhayət ki, olduqca təhlükəli atlayışı həyata keçirib. 7 min 700 metrdən yerə sağ-salamt çatmaq ona elə də asan başa gəlməyib.
Aramsız yağışlara görə bir neçə dəfə təxirə salınan rekord cəhdinə Rozov Peru və Fransadakı dağ silsilələrində hazırlaşıb. Nəhayət ki, 51 yaşlı Rozov 90 saniyə sərbəst şəkildə başı aşağı uçub (7 min 700 metr).
7News.az








