RU
“O ailələrin yardımı kəsilməsin”
12:41
302

“O ailələrin yardımı kəsilməsin”

“Ünvanlı sosial yardım alan ailə çarəsizlikdən kiçik bir kredit götürübsə, ona verilən yardım kəsilməsin”.

7news.az xəbər verir ki, bu təkliflə millət vəkili Qənirə Paşayeva parlamentin bugünkü iclasında çıxışı zamanı səsləndirib. O bildirib ki, kredit götürən kimi o saat ünvanlı sosial yardımı kəsirlər. “Amma borclanan insana daha da dəstək göstərmək lazımdır. Bundan əlavə, yardım alan ailənin övladlarından biri ödənişli əsaslarla universitetə qəbul olunubsa, yenə də yardımı kəsirlər. Prezidentimizin də dediyi kimi, əhalinin imkansız təbəqələrinin qorunması vacibdir. Buna görə də məsələnin qanunvericilik çərçivəsində həll etmək lazımdır”.

O həmçinin ictimai yerlərdə siqaretin çəkilməsini qadağan edən qanunun növbəti dəfə qanunvericilik işləri planına salınmamasına narazılığını ifadə edib. Millət vəkili bildirib ki, belə bir qanunun müzakirələrə çıxarılıb qəbul edilməsinə ehtiyac var.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ