Xalq artisti İlhamə Quliyeva Hüquq fakültəsində təhsil alması ilə bağlı Moskva Dövlət Universitetinin təkzib xəbərinə reaksiya verib.
Xalq artisti bildirib ki, həqiqətən Rusiyada təhsil alır:
“Moskvada bir neçə təhsil ocağı var, mən onların birində təhsil alıram. Harada təhsil aldığımın heç kimə aidiyyəti yoxdur. Hüquq fakültəsinin mətbuat katibindən alınan açıqlama sifarişlidir, kimin təşkil etdiyini bilirəm, bu, mənə borc olsun. Bu kimi açıqlamalar mənim vecimə deyil, harada təhsil aldığımı özüm bilərəm. İki ildən sonra diplomumu alacağam, hüquqşünas olacağam, öz hüquqlarımı müdafiə edəcəyəm. “Moskva Dövlət Universitetində təhsil alıram” cümləsi, yəqin, ağzımdan çıxıb. Mən insanları azdırıram, çaşdırıram. Universitetin adını açıqlamayacam, çünki paxıl, kölgəmdə gəzən insanlar çoxdur”.
Qeyd edək ki, bir müddət öncə xalq artisti İlhamə Quliyeva “10-lar”a Moskva Dövlət Universitetinin tələbəsi olduğu barədə açıqlama vermişdi. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova Lent.az-a açıqlamasında bildirib ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. /“Qafqazinfo”
7news.az








