Qrup liderləri sammitin təşkilatçıları tərəfindən hazırlanmış böyük ailə fotosunun ətrafına öz imzalarını atıblar.
Türkiyənin Antalya şəhərində keçirilən ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin sammiti öz işini yekunlaşdırarkən növbəti yeniliyə sözün həqiqi mənasında imza atılıb. Qrup liderləri sammitin təşkilatçıları tərəfindən hazırlanmış böyük ailə fotosunun ətrafına öz imzalarını atıblar. Ailə fotosunu imzalayan liderlər arasında sammitin fəxri qonağı qismində tədbirdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyev də olub.

Azərbaycan prezidenti İlham Əliyev ailə fotosunu imzalayarkən
Noyabrın 14-də Türkiyə Antalya vilayətinin Belek rayonunda ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti başlamışdı. İki gün davam edən sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələləri, həmçinin terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilmişdi.

Liderlərin imzaladığı ailə fotosu
Beynəlxalq tədbirdə Azərbaycan prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Azərbaycan Prezidenti və xanımı sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə iştirak ediblər. Ötən axşam “Böyük iyirmiliyin” (G-20) sammitinin başa çatması ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün Fransaya işgüzar səfərə gediblər.
Sammitdə daha bir yenilik isə, əvvəlki təcrübələrdən fərqli olaraq platformada liderlərin dayanacaqları yerə bayraq qoyulmamış, bunun yerinə həmin ölkələrin adları yazılmışdı./anspress
7news.az
































