Braziliyalı diş həkimi Felipe Rossi imkansız insanların dişlərini pulsuz müalicə edərərək onların üzünə sözün hər mənasında GÖZƏL təbəssüm bəxş edir.
7News.Az-ın tech.onliner.by-a istinadən verdiyi xəbərə görə, bu barədə "Boredpanda" resursu yazır.
Oxuculara bu xoşbəxt insanların "əvvəl-sonra" silsiləsindən olan şəkillərini təqdim edirik.

Felipe Rossi pasiyentlərindən biri ilə

Qeyd edək ki, ABŞ-da diş çıxarılması 400 dollardan baha başa gəlir (günümüzə şükür!). Meksikada isə bu, 80 dollara başa gələcək.

ABŞ-da bir implant qoydurmaq üçün 3 min dollardan çox pulunuzdan keçməlisiniz (diş çıxartmaqdan əlavə).

Bəzi ölkələrdə hətta "stomatoloji turizm" anlayışı var: yəni burada diş çıxartdırmaq üçün başqa ölkəyə getmək daha ucuz başa gəlir.

Lakin diş həkimlərinin qəbulu baha olmayan ölkələrdə belə, dişləri düzəltdirmək hər kəsin cibinə görə deyil.

Bəzi xidmətlərin qiymətinə görə ABŞ gözlənilməz olaraq Sinqapurdan geri qalır: burada diş əməliyyatları daha bahadır.

Alimlər cıxan dişlərin yerində yeni diş "yetişdirmək" üzərində çalışsalar da, hələlik nəticələr ürəkaçan deyil.

Düzdür, Çin aliməri diş emalını "yetişdirməyin" yolunu tapıblar, lakin bu yalnız laboratoriya şəraitində mümkün olub.















7News.Az








