Kanada parlamenti evtanaziyaya icazə verən qanun qəbul edib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, qanun layihəsi senatda 44 nəfərin leyhinə, 28 nəfərin əleyhinə səs verməsi ilə təsdiqlənib.
Qeyd edək ki, daha əvvəl yeni qanunvericiliyə görə, evtanaziyanın ancaq kanadalılar və ölkədə daimi yaşayanlar üçün keçərli olacağı deyilirdi.
Xatırladaq ki, bu ilin fevralında Kanada Ali Məhkəməsi ağır və sağalmaz xəstəliklər halında həkimlərə evtanaziya etməyə icazə vermişdi. Bu isə 1993-cü ildən bəri tətbiq edilən qadağanın pozulması demək idi.








