O qədər spirtli içki qəbul etdi ki, yataq otağı ilə eyvanı səhv saldı.
Çində alkoqolun təsiri altına düşən bir sakin ortaya tragi-komik mənzərə çıxarıb. 2-ci mərtəbənin eyvanına dırmaşan çinli yarısı beton üzərində yarısı havada yuxuya gedib.
Olay Anhui vilayətində baş verib. Eyvandan bir sakinin sallandığını görən qonşular, dərhal xilasetmə dəstələrinə zəng vurub. Əraziyə gələn xilasedicilər və polislər bu rüsvayçı hadisənin pərdə arxasını üzə çıxarıb. Bütün çağırışlara baxmayaraq dərin yuxudan ayılmayan sərxoş çinli mülki müdafiə qüvvələrinin müdaxiləsi ilə təhlükəsiz şəraitdə yerə endirilib.
Şahidlərin ifadəsinə görə, həmin şəxs gün ərzində kifayət qədər sərxoş imiş. Ayaq üstdə durmaqda çətinlik çəkən çinlinin ikinci mərtəbədəki eyvana necə dırmaşdığı isə qaranlıq olaraq qalır. Çinlilər ilk dəfə deyil ki, bu cür hala şahid olur. Xatırlayırsınızsa bir müddət əvvəl yaşlı bir şəxsin içdikdən sonra işıqfor dirəyinə dırmaşması barədə sizə məlumat vermişdik./atv
7news.az








