"Əmimin dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.
Bu sözləri millət vəkili Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev sosial şəbəkədə yazıb.
O, əmisinin ajiotaja səbəb olan açıqlamanı verdiyi vaxt içkili olduğunu qeyd edib: "Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir. İnsanların əmimin sözlərinə görə narazılığını başa düşürəm. Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.
7News.az








