Xəbər verdiyimiz kimi, Rusiyanın "Tu-154” təyyarəsi Qara dənizdə qəzaya uğrayıb.
Göyərtəsində 91 nəfər olan təyyarədə eyni zamanda jurnalistlər və operatorlar da uçurmuş. Rusiyanın məşhur aparıcısı Andrey Malaxov da bu barədə şəxsi tvitter səhifəsində yazıb:
"Düşən təyyarədə mənim kolleqalarım-jurnalistlər də var idi... Çox kədərli bir səhərdir. Nur içində yatın”.
RİA Novosti-nin yaydığı məlumata əsasən, göyərtədə Rusiyanın Birinci Kanalının müxbiri Runkov, operator Denisov və səs operatoru Soydov olub. Xəbərlərdə "Zvezda” kanalının da əməkdaşlarının təyyarədə olması yazılsa da, kanal özü bu məlumatı hələ ki, təsdiq etməyib./qafqazinfo
7news.Az








