RU
16:42
1818

"O, vətəninə görə hər şey edərdi..." -

“O, vətənpərvər biri idi. Vətəninə görə hər şey edərdi. Qanının son damlasına kimi döyüşdü. Tutduğu mövqeni dəyişmədi. Öz qardaşlarını, yoldaşlarını tək qoymadı. Biz anaların, bacıların göz yaşları o zaman kəsiləcək ki, Qarabağ torpağında bayrağımız dalğalanacaq”.

7News.Az bildirir ki, bu sözləri aprel döyüşlərində şəhid olan Polkovnik-leytnant, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin 40 mərasimində həyat yoldaşı Fizzə Mirzəyeva söyləyib.

Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 2 övlad atası olan zabitimiz bu ilin aprel ayında baş verən döyüşlərdə şəhid olub. Murad Mirzəyev 11 aprel 2016-cı il tarixində Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Allah rəhmət eləsin!/atv.az

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ