Yunanıstanın Braziliyadakı səfiri Kiryakos Amiridisin qatili, polis məmuru ifadəsində cinayətin bütün məsuliyyətini üzərinə götürüb.
7News.az xəbər verir ki, 29 yaşlı Serxio Qomes Moreyra Filyo ifadəsində maraqlı detallar açıqlayıb. O, səfirin Braziliaya tez-tez getdiyini, həyat yoldaşının isə Rioda qaldığını və onunla mütəmadi görüşdüyünü deyib: "Hətta səfir evdə olanda da biz görüşürdük. O, yatanda biz o biri otaqda sekslə məşğul olurduq. Cinayəti əvvəlcədən planlaşdırmamışdıq. Onun xanımına qarşı sərt davrandığını və alkoqol asılılığı olduğunu bilirdim. Onunla da məhz xanımına qarşı mülayim davranmasını demək üçün görüşmək istəyirdim. Özümü müdafiə edən zaman onu öldürdüm. Əmioğlumu da söhbətimizə şahid olması üçün özümlə aparmışdım”.
Maraqlıdır ki, əmioğlu bi faktı inkar edib. O deyib ki, cinayətdən 1 gün əvvəl Filyoyla görüşüblər. Əməli törətmək üçün ondan yardım istəyən Filyo qarşılığında 23 min avro təklif edibmiş.//publika
7News.az








