“Birlikdə biz Amerikanı daha da güclü edəcəyik!”
ABŞ prezidenti Barak Obama miqrantları Amerika vətəndaşlığını almaqda daha fəal olmağa çağırıb.
Bu barədə 7news.az Associated Press-ə istinadən xəbər verir.
“Əgər sizin vətəndaşlıq almağa hüququnuz varsa, bu prosesə elə bu gün başlayın. Birlikdə biz Amerikanı daha da güclü edəcəyik!”, - ABŞ prezidenti vətəndaşlıq gününə həsr edilmiş çıxışında deyib.
Qeyd edək ki, hal-hazırda ABŞ-da 13,3 milyon miqrant yaşayır. Onlardan 8,8 milyonunun ABŞ vətəndaşlığını almağa tam hüququ çatır.
7news.az








