Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə telefon danışığında İstanbul aeroportundakı terror aktını müzakirə edib.
7news.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Söhbət zamanı Obama baş verən terror aktını qəti şəkildə pisləyib və Türkiyə Prezidentinə başsağlığı verib.
Qeyd edək ki, Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatıb. Həyatını itirən 41 nəfərdən 37-nin kimliyi müəyyən edilib. Onlardan 31-i türkdür.
Hazırda Türkiyə xəstəxanalarında terror aktında yaralanmış 239 nəfər var. Onlardan 109-u evə buraxılıb.
7news.Az








