RU
Obama Ərdoğanla görüşə bilməyəcək
00:41
839

Obama Ərdoğanla görüşə bilməyəcək

ABŞ prezidenti Barak Obama Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla rəsmi görüş keçirməyəcək.

 

Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

Onun sözlərinə görə, Obama nüvə təhlükəsizliyi sammitində çox məşğul olacaq, çətin ki, o, Ərdoğanla görüşə bilsin.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşəcəyini bildirmişdi.

Daha əvvəl “Wall Street Journal” nəşri ABŞ prezidenti Barak Obamanın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etdiyini yazmışdı. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ