RU
Obama Ərdoğanla niyə görüşəcək?
11:41
456

Obama Ərdoğanla niyə görüşəcək?

Antalyada baş tutacaq “G-20”sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçiriləcək.

7News.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Ben Rodes xəbər yayıb. 

Görüş zamanı prezidentlər İŞİD-lə mübarizə, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər. 

Rodes əlavə edib ki, Ərdoğanla görüşdən sonra Obama “G20” sammitinin açılış mərasimində iştirak edəcək. Günün ikinci yarasında Obama Avropa ölkələrinin liderləri ilə İŞİD-lə mübarizə və Ukraynadakı vəziyyəti dəyərləndirəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ