ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfər edib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Obama kral Salman və onun vəliəhdi, şahzadə Məhəmmədlə görüşəcək. Cümə axşamı isə Obama Ər-Riyadda Fars körfəzi ərəb ölkələrinin 6 hökmdarı ilə görüş keçirəcək.
ABŞ liderinin öz həmkarları ilə terrorla mübarizə və İranla münasibətlər barədə müzakirələr aparacağı gözlənilir.
7News.Az








