“Lakin ola bilər ki, bu sadəcə iş münaqişəsidir”.
ABŞ prezidenti Barak Obama dekabrın 2-də Kaliforniyanın San-Bernardino şəhərində baş verən atışmanı terror aktı ola biləcəyəni istisna etməyib,
Ağ Ev başçısı bəyan edib ki, cinayətkarların motivləri hələlik məlum deyil, lakin hadisənin terror aktı olması istisna edilmir.
“Ola bilsin ki, bu sadəcə iş münaqişəsidir”, - Obama əlavə edib.
Xatırladaq ki, San-Bernardinoda atışma dekabrın 2-də yerli vaxtla saat 11:00-da baş verib. Cinayətkarlar məhdud imkanlı insanlara yardım mərkəzinə hücum edərək atəş açıblar.
Son məlumata görə, hadisə nəticəsində 14 nəfər ölüb, 17 nəfər yaralanıb.
7news.az








