ABŞ prezidenti Barak Obama azı 10 nəfərin həyatına son qoymuş daşqınlara görə Missuri ştatında fövqəladə vəziyyət elan edib.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edək ki, 2015-ci ilin sonunda tornado, fırtına və leysan yağışlar ABŞ-ın 11 ştatını əhatə edib. Təbii fəlakət nəticəsində 50-dən çox sakin ölüb.
Daşqınlardan ən çox Missuri ştatı zərər çəkib./apa
7news.az








