Telefon danışığı baş tutub.
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Baraka Obama arasında telefon danışığı olub.
7news.Az-ın xəbərinə, bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
“Prezidentlər Suriyadakı böhranın həlli yollarını, atəşkəsə dair sazişi və müvafiq ərazilərə humanitar yardımın çatdırılması məsələlərini müzakirə ediblər”, -məlumatda bildirilir.
Qeyd olunur ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
7news.Az








