Region ölkələri ilə əməkdaşlıq müzakirə ediləcək.
ABŞ prezidenti Barak Obama aprelin 21-də Səudiyyə Ərəbistanına səfər edəcək.
Səfərdə məqsəd terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə məsələləri müzakirə etməkdir.
“O, Körfəz dövlətləri Əməkdaşlıq Şurası (Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri - “Report”) liderlərinin zirvə toplantısında iştirak edəcək”, - Ağ Evin təmsilçisi vurğulayıb.
Səudiyyə Ərəbistanı kralı Salmanın başçılığı altında keçirilən forum region dövlətləri ilə ABŞ-ın əməkdaşlığına həsr ediləcək.
“Bu, həmçinin liderlərə İŞİD-ə göstərilən təzyiqin intensivləşdirilməsi, regionda münaqişələrin həll edilməsi və regional, eləcə də millətlərarası gərginliyin aradan qaldırılması istiqamətində əlavə addımların müzakirə etmək imkan verəcək”, - deyə Ağ Evin təmsilçisi bəyan edib.
7news.Az








