Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama yerli telekanala müsahibəsində Suriyada baş verən hadisələr haqda danışıb. O açıq şəkildə bildirib ki, Suriyanın gələcəyi Bəşər Əsədlə mümkün deyil.
7News.Az xarici mediaya istinadən bildirir ki,"Ağ ev" rəhbərinin sözlərinə görə, ölkənin xarabalığa çevrilməsinin əsas səbəbkarı məhz Əsəddir. Yalnız onun istefasından sonra bu ölkənin uğurlu inkşafından danışmaq mümkün olacaq. Obama bəyan edib ki, Suriyadakı münaqişənin səngiməsində əsas rollardan birini də Rusiya oynayır. Əgər Moskva Vaşinqonla müəyyən məsələlərdə razılığa gəlib birgə hərəkət etsə, Suriyadakı qarışıqlıq daha aradan qalxar və müharibəni sona çatdırmaq mümkün olar. Lakin Obama bildirib ki, Rusiya prezidenti Vladimir Putin bunun tam əksini edir və Suriya ilə bağlı təkbaşına qərarlar verməyi üstün tutur. Putinin qəti şəkildə Əsədin hakimiyyətdə qalmasını tələb etməsi münaqişəni uzadır.
7News.Az








