RU
Obamadan qəribə qərar - Tramp nə edəcək?
15:12
457

Obamadan qəribə qərar - Tramp nə edəcək?

ABŞ prezidenti Barak Obama qütb bölgələrində neft və təbii qazın axtarışı prosesinin dayandırılması barədə qərar verib.

Prezident səlahiyyətlərinin bitməsinə iki ay qalmış Barak Obama qütb bölgələrində yeraltı sərvətlərin axtarışı üçün enerji şirkətlərinə verilən imtiyazları ləğv edib. Bu barədə açıqlama verən Daxili İşlər Nazirliyi, sözügedən qanunun 2017-ci ildə qüvvəyə minəcəyini bildirib. Açıqlamada qadağanın ekeloji səbəblər üzündən atıldığına diqqət çəkilib.

Bildirilir ki, qadağa Alyaskanın şimalındakı Bofort və Berinq dənizlərinə də şamil edilib. Lakin ekspertlər hesab edir ki, enerji sektorunda islahatların aparacağına vəd verən yeni prezident Donald Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra sözügedən qadağanı ləğv edəcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ