RU
Obamanın dizaynerindən Trampın arvadına RƏDD CAVABI
12:40
506

Obamanın dizaynerindən Trampın arvadına RƏDD CAVABI

ABŞ prezidenti Barak Obamanı həyat yoldaşı Mişel Obamanı geyindirən model Sofi Tele ölkənin gələcək birinci xanımı Melani Trampla işləməkdən imtina edib.

7News.az xarici mediaya istinadən xəbər verir ki,fransız mənşəli model bəyanatı "Twitter”də yerləşdirdiyi açıq məktubla verib.

"Ayrı-seçkiliyin istənilən təzahürlərinə qarşıyam. Bu ölkədə immiqrant olaraq, mən öz xəyallarımı həyata keçirmək imkanı əldə etdim. Səkkiz il ərzində ölkənin birinci xanımı Mişel Obamanı geyindirmək mənim üçün şərəf idi”, - dizayner qeyd edib.

O, bildirib ki, prezident kampaniyasının gedişatında Melani Trampın əri Donald Tramp onun həyatda rəhbər tutduğu dəyərlərə zidd olan irqçilik, seksizm və ksenofobiya ritorikası nümayiş etdirdi.

 
7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ