"Obyekt tikintisinə görə gecə ilə böyük şam ağacını çıxarıb apardılar" - BİNƏQƏDİDƏ+VİDEO
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist İlkin Pirəli video məlumat verib. "İndi də ağacları oğurlayırlar…" başlığı ilə yazılan müraciətdə Binəqədi rayonunda ekoloji terrorun başqa bir formada təzahür etdiyini deyib: "Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki 284 №-li tam orta məktəbin qarşısındakı böyük şam ağacı gecə ilə dibindən çıxarılaraq aparılıb. Necə düşünürsünüz, sizcə, dövlət qurumlarının xəbəri varmı?"