Ukraynanın Odessa şəhərində 2013-cü ildə "Bolşoy Fontan”ın 4-cü stansiyasında quraşdırılmış xatirə nişanı naməlum şəxslər tərəfindən təhqir olunub.
Xatirə nişanının üzərində naməlum şəxslər kelt xaçı çəkiblər. Bu işarədən skinhetlər, rasistlər (irqçilər) və neonasistlər "ağ irq” üzərində üstünlüyü göstərmək üçün istifadə edirlər.
Xatirə nişanının üzərində aşağıdakı mətn həkk olunub: "Bu yerdə Ukrayna ilə Azərbaycanın sarsılmaz dostluğu şərəfinə və gözəl Odessanın sakinlərinə hədiyyə olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin vəsaiti hesabına "Azərbaycan” parkı salınıb – Odessa şəhəri, 3 sentyabr 2013-cü il”./oxu








