RU
Odlu silahla öldürülən Qusar sakini FHN-in keçmiş əməkdaşı olub - YENİLƏNİB
14:10
33

Odlu silahla öldürülən Qusar sakini FHN-in keçmiş əməkdaşı olub - YENİLƏNİB

Odlu silahla öldürüldüyü müəyyən edilən Qusar rayon sakini haqqında yeni detal məlub olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən açıqlamada bildirilib ki, Ramiq Radik oğlu Əhmədov əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

19.08.2024 21:57
Qusar rayon sakini qətlə yetirilib.

Rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun meyiti tapılıb.

Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

Qeyd edək ki, R.Əhmədovun iki gün əvvəl evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ