Ermənistanın müdafiə naziri Seyran Ohanyan böyük ehtimalla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi təyin olunacaq.
7News.az-ın məlumatına görə, bu barədə "İnterfaks" agentliyinə Ermənistan hakimiyyətindəki mənbə bildirib.
"Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri vəzifəsindən istefaya göndəriləcək. O, KTMT-nın baş katibi postunu tutacaq", - deyə mənbə vurğulayıb.
Bundan əvvəl mənbə Sarkisyanın dövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını da deyib. Xatırladaq ki, daha əvvəl KTMT-nın hazırkı baş naziri Nikolay Bordyuja yeni baş katibin adının təşkilatın bu il oktyabrın 14-də Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib.