RU
Oksford Akademiyasının fəxri professoru Xuraman Muradova AQDİM-nin Fəxri Üzvü seçildi
16:29
72

Oksford Akademiyasının fəxri professoru Xuraman Muradova AQDİM-nin Fəxri Üzvü seçildi

Yanvar ayının  31 -də "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə  Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası "Onur” və "Altın yıldız” medallı, Humay Milli Mükafatı laureatı, Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, AYB və Türkiyə Yazarlar Birliyinin üzvü   Xuraman xanım Muradova AQDİM-nin idarə heyətinin Fəxri Üzvü seçilib.

Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.
 "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin mətbuat xidmətindən  verilən məlumata əsasən,  qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ