RU
Oğlan əsgərə getməmək üçün 81 yaşlı qohumu ilə evləndi - VİDEO - FOTO
11:40
342

Oğlan əsgərə getməmək üçün 81 yaşlı qohumu ilə evləndi - VİDEO - FOTO

24 yaşlı oğlan əsgərə getməmək üçün etdiyi hərəkətlə ölkənin gündəmini zəbt edib.

7News.AzTürkiyə mətbuatına istinadla xəbər verir ki, Ukraynada yaşayan 24 yaşlı Aleksandr Kondratyuk hərbi xidmətdən yayınmaq üçün 81 yaşlı qohumu ilə evlənib. O, özündən 57 yaş böyük fiziki qüsurlu qohumu ilə ailə qurub.

Belə ki, o, hərbi yoxlanış zamanı nikah kağızını göstrərərək xanımının yaşlı və fiziki qüsurlu olduğunu söyləyib və buna görə də onun hərbi xidmətə getməməsi barədə səfərbərlik xidməti tərəfindən qərar verilib.

81 yaşlı Zinayda İllarionovna mətbuat nümayəndələrinə açıqlama verərkən ərinin çox yaxşı insan olduğunu söyləyib. Lakin qonşuların dediyinə görə, Aleksandr bir dəfə belə olsun Zinaydanın evinə gəlməyib.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ