Aktyor İlham Qasımov “Oğlan evi” filminin ikinci hissəsini çəkir.
Artıq bir neçə gündür ki, çəkilişlər başlayıb.
Yaradıcı heyət çəkilişləri İsmayıllıda, daha sonra Bakıda davam etdirəcəyini bildirib.
Ekran işində “Bozbash pictures”in Şirini, aktyor Nicat Rəhimov çəkilir.
“Oğlan evi 2”nin dekabrda təqdim ediləcəyi gözlənilir.
Qeyd edək ki, filmin ilk bölümündə aktyorlar Fərda Xudaverdiyev, İslam Mehrıliyev və Elcan Rəsulov rol almışdı.
İ.Qasımov tamaşaçılara "Məhəllə" və "Yuxu" filmlərindən tanışdır.
7News.Az









