RU
Oğlan qıza çevrildi - kadrlar ilk dəfə yayıldı - FOTOLAR
11:58
634

Oğlan qıza çevrildi - kadrlar ilk dəfə yayıldı - FOTOLAR

"Oğlan kimi doğulsam da, daxilimdə bir qadın olduğunu daim hiss edirdim. Əslində mən qız doğulmalıydım, oğlan doğuldum. Cərrahiyyə əməliyyatı vasitəsilə cinsimi dəyişmək qərarına gəldim və niyyətimə çatdım".

Əvvəllər Emmanuel Uolker olmuş Emmi Smit belə deyir. O, cinsini dəyişərək qıza çevrilib. Proses dünyada ilk dəfə olaraq sənədli film təki ekranlaşdırılıb.

7News.az National Geographic-ə istinadən bildirir ki, jurnalın fotoqrafı Lin Conson proseduru müşahidə edib.

ABŞ-ın Massaçusets ştatında doğulmuş 18 yaşlı Emmi həyatının arzusunu gerçəkləşdirib və cinsini dəyişib.

Emmiyə çevrilən Emmanuelə əkiz qardaşı Kaleb və anası Keyt Malin dəstək olublar.

Massaçusets ştatındakı yepiskopal kilsələrdən birində keşiş olan Keyt Malin deyir: "Oğlumun transseksual olduğunu biləndə ilk əvvəl şoka düşdüm, nə deyəcəyimi bilmədim. Çox düşündüm və sonra qərar verdim ki, əkiz oğullarımdan birinin cinsini dəyişməsinə mane olmayım. Bu, onun seçimi idi. Əməliyyata hazırlıq, sonra da əməliyyat zamanı çox narahatdım. Hətta ağladım, özümü saxlaya bilmədim. Lakin şükür Tanrıya ki, hər şey yaxşı qurtardı".

Kaleb də əvvəl qardaşı olmuş, indisə bacısı sayılan Emmanuel-Emmini dəstəkləyir: "O, həyatının ən pis dönəmlərindən birindən qurtuldu. Bu əməliyyat yalnız cinsiyyət dəyişikliyi yox, həm də sosial transformasiyadır".

7News.az 
















BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ