7News.az xəbər verir ki, İstanbulda yaşayan Nurcan İ . və Nərgiz Y. oğlana görə dalaşıblar. Nurcan İ. dayısı qızının onun adına sosial mediada hesab açdığını və buradan yarı çılpaq fotolarını paylaşdığını iddia edərək prokurorluğa şikayət edib.

Nurcan İ . tanımadığı kişidən mesaj gəldiyini, sosial şəbəkədəki hesabda şəkillərinin olduğunu deyib. Fotoların altına, "kişi axtarırsan? Görüşək, mən buradayam" kimi şərhlər yazılıb. O, "fotolara baxanda yay aylarında Nərgiz Y. ilə mübahisə etdikdən sonra evdə geyinərkən şəkilləri onun çəkdiyi ağlıma gəlib", -deyib.
Nuracan İ. dayısı qızının sevgilisini qısqandığı üçün onun şəkillərinin olduğu saxta hesablar açdığını, sevgilisindən uzaq durmağını, əks təqdirdə bu hesabların daha da çoxalacağını söyləyərək onu şantaj etdiyini qeyd edib. Buna görə də iki ailə arasında böyük mübahisələr yaşanıb. /GoldNews.Az








