7News.Az xəbər verir ki, Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, Xudaverdi Musayev bu haqda özü məlumat verib. O, həkimlərə ailə üzvləri arasında tez-tez münaqişə olduğunu bildirib. Xudaverdi Musayev həmçinin yaşadığı evə buraxılmamasını deyib:
"Xəstə deyir ki, oğlanları onu yaşadığı evə buraxmırmış. O, da onların bu hərəkətinə görə özünü yandırıb”.
Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-də yaşayan 58 yaşlı Xudaverdi Musayev üzərinə bezi tökərək özünü yandırıb. Xəstə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib./aznews.az
7news.Az








