RU
OLAY! Küçənin ortasında çadra geyindikləri üçün bu qadınlara... - FOTOLAR
13:45
585

OLAY! Küçənin ortasında çadra geyindikləri üçün bu qadınlara... - FOTOLAR

Adanada yolda qarşılaşdığı çadralı 2 gənc qızı təhqir edib, fiziki müdaxilə etdiyi iddia edilən qadın haqqında şikayət üzərinə prokurorluq tərəfindən istintaq başlayıb.

Z.G, açılan istintaq çərçivəsində Asayiş Şöbə İdarəsinə bağlı Qəsb Büro Rəisliyi briqadaları tərəfindən saxlanılıb.

Hadisə, mərkəz Seyhan rayonu Mavi Prospekt üzərində 27 martda saat 17.30 sıralarında meydana gəlib.

Köşkdən siqaret alıb çıxan bir qadın, gedərkən qarşısına çıxan çadralı Yarən D. və Caziye Ö.nü iddiaya görə əvvəlcə təhqir edib, sonra da fizika müdaxilə edib.

Baş verənlər, küçədəki bir iş yerinin təhlükəsizlik kamerasına da əks olunarkən, təcavüzə məruz qaldığını söyləyən gənc qızlardan Yarən D, xəstəxanaya gedərək zərb hesabatı alıb. Hələlik şəxsiyyəti müəyyən olunmayan qadının üzündəki örtüyü açmağa çalışdığını irəli sürən 2 gənc qızın şikayəti üzərinə, qəsdən yaralama və təhqir iddiası ilə prokurorluq tərəfindən istintaq başlayıb.

İfadə verən qızlardan Yarən D. səkidən keçən qadının əvvəlcə onları təhqir etdiyini, ardından da üzündəki örtüyü açmağa çalışıb, əlini, üzünü çəkdiyini irəli sürüb.

Yarən D. ifadəsində, "kürən, 35-40 yaşlarında rəngli gözlü bir qadın, bizə xitabən çığırdı. Dostum "pardon ,bir şeymi dediniz?" deyə soruşdu. Qadın təhqirlərini davam etdirdi" deyib.

"Daha sonra qadın, üzərimə yeridi. Örtüyümü açıb əlimi, üzümü dartdı. Daha sonra qadını uzaqlaşdırdılar. Qadına "polisə zəng edirəm deyəndə, "et" dedi. Sonra hadisə yerindən hara getdiyini bilmirəm".

Caziye Ö. də ifadəsində analoji iddialarda edib:

"Qadına bu örtük "Allahın əmri"- dedim. Daha sonra qadın Yarənın örtüyünə hücum etdi və üzünü cızdı. Burası Türkiyə Cümhuriyyəti burada yaşaya bilməzsiz" - dedi" .


OLAY! Küçənin ortasında çadra geyindikləri üçün bu qadınlara... - FOTOLAR
OLAY! Küçənin ortasında çadra geyindikləri üçün bu qadınlara... - FOTOLAR

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ