Adı açıqlanmayan tədarük zənciri mənbələrinə görə, OLED ekranlı "MacBook”lar 2025-ci ildən əvvəl buraxılmayacaq.
7NEWS.az xəbər verir ki, Mənbələr OLED displeyli ilk modelin "MacBook Pro” olacağını açıqlayıb. Hesabat bu qədər məlumatla məhdudlaşmır. Daha bir maraqlı detal var, mənbələrə görə, biz 2026-cı ildə toxunma ekranlı "MacBook” və OLED displeyli "iMac”i görə bilərik. Nəhayət, mənbələr bu tarixlərin ən erkən tarixlər olduğunu və sonraya qədər təxirə salına biləcəyini vurğuladılar.
OLED əvvəlcə "Apple Watch”da istifadə edildi, sonra "iPhone”a gəldi. Gələn il buraxılması gözlənilən "iPad Pros”da ən böyük yenilik OLED ekran olacaq. Lakin yeni "iPad Pro”ların OLED ilə bağlı xərc problemləri olduğu iddia edilir. Bu yaxınlarda Cənubi Koreyadan gələn bir hesabatda "Apple”ın istehsal xərclərini azalda bilməyəcəyi iddia edildi.
7NEWS.az








