RU
23:10
60

"Olimpiakos"u Bakıda cəmi 50 azarkeş dəstəkləyəcək

Yunanıstan "Olimpiakos"unu Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.

Ağdam klubundan 7NEWS.Az-a verilən məlumata görə, Pirey təmsilçisi "köhlən atlar"dan cəmi 50 bilet istəyib.

Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ