RU
Olimpiya çempionu döyüldükdən sonra xəstəxanaya yerləşdirilib
22:20
529

Olimpiya çempionu döyüldükdən sonra xəstəxanaya yerləşdirilib

Rusiyanın fiqurlu konkisürmə üzrə olimpiya çempionu Dmitri Solovyov naməlum şəxslərin hücumuna məruz qalıb.

7NEWS.Az-ın TASS-a istinadən məlumatına görə, hadisə paytaxt Moskvada baş verib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 yaşlı idmançı xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Dmitri Solovyov 2014-cü ildə Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarınını komanda yarışlarında qızıl medal qazanıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ