RU
Olimpiya mükafatçımız məzun oldu - FOTO
16:24
589

Olimpiya mükafatçımız məzun oldu - FOTO

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının azərbaycanlı mükafatçısı Kamran Şahsuvarlı Qərbi Qazaxıstan İnnovasiya Texnologiyalar Universitetinin məzunu olub.

7News.az xəbər verir ki, 24 yaşlı boksçu qiyabi oxuduğu Bədən tərbiyəsi və idman fakultəsini bitirib.

Artıq o, Qazaxıstanın Uralsk şəhərində yerləşən ali təhsil ocağından diplomunu alıb.

Qeyd edək ki, Kamran Şahsuvarlı 6 dekabr 1992-ci ildə Qazaxıstanda anadan olub. O, "Rio-2016"da 75 kq çəki dərəcəsində çıxış edib. K.Şahsuvarlı yarımfinalda kubalı Arlen Lopesə məğlub olaraq, bürünc medala sahib çıxıb./report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ